Aprelin 4-də Rusiya Mariupoldan olan xarici vətəndaşlar və mülki şəxslər üçün humanitar dəhliz açacaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi təxliyədə iştirak edən gəmilərin Berdyansk limanına daxil olmasını və oradan çıxmasını təmin etməyə hazırdır.
Mizintsev bildirib ki, dəhliz Türkiyənin təşəbbüsü ilə açılacaq.
Akif İsmayılov