Cənubi Asiyada yerləşən Şri-Lankada bütün nazirlər genişmiqyaslı etirazlar fonunda istefa verib.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, nazirlər artıq istefalarını Baş nazir Mahinda Rajapaksa təqdim ediblər. Yekun qərar prezident Qotabay Rajapaksa tərəfindən veriləcək.
Xatırladaq ki, Şri-Lankada ağır iqtisadi vəziyyət fonunda genişmiqyaslı etiraz aksiyaları keçirilir. Prezident ölkədə fövqəladə vəziyyət elan edib, komendant saatı tətbiq edib və bütün sosial şəbəkələrə girişi məhdudlaşdırıb.