Modern.az

Kiyevdən 410 nəfərin meyiti çıxarılıb

Kiyevdən 410 nəfərin meyiti çıxarılıb

Dünya

3 Aprel 2022, 23:46

Ukraynanın Rusiya işğalından azad edilmiş Kiyev bölgələrindən 410 nəfər mülki şəxsin meyiti çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova məlumat yayıb.

 

Venediktova bildirib ki, Ukrayna prokurorları bazar günü ilk dəfə Buça, İrpin və Hostomel şəhərlərinə daxil ola biliblər və cinayətlərin miqyasını araşdırmaq üçün onlara daha çox vaxt lazımdır.

 

"Aprelin 1-dən 3-dək Kiyev vilayətinin ərazisindən həlak olan mülki şəxslərin 410 meyiti çıxarılıb. Onlardan 140-ı artıq prokurorlar və digər mütəxəssislər tərəfindən müayinə olunub", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Rusiya ordusu Kiyev ətrafındakı bəzi ərazilərdən geri çəkildikdən sonra paytaxtın 37 km şimal-qərbində yerləşən Buça şəhərinin əhalisini atəşə tutub. Şəhər meri 300 sakinin Rusiya qüvvələri tərəfindən öldürüldüyünü bildirib. Rusiya Buçada dinc sakinləri öldürməsi ilə bağlı iddiaları rədd edib. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var