Modern.az

Macarıstanda seçkilər - Baş nazirin partiyası öndədir

Macarıstanda seçkilər - Baş nazirin partiyası öndədir

Dünya

4 Aprel 2022, 00:06

Macarıstanda bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi FİDES - Macarıstan Vətəndaş Birliyi partiyası öndə gedir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Seçki Bürosu məlumat yayıb.

 

Qeyd olunub ki, bülletenlərin hələlik 23%-i sayılıb. Hesablamalara görə, FİDES və onun kiçik müttəfiqi Xristian Demokratik Xalq Partiyası indiyədək birlikdə 60% səs toplayıb. Onların əsas rəqibi olan altı müxalifət partiyasından ibarət koalisiya seçicilərin 29%-nin dəstəyini qazanıb. “Bizim Vətən” partiyası isə 6,5% səs toplayıb.

 

Parlamentə daxil olmaq üçün seçki baryeri bir partiya üçün 5%, iki partiyadan ibarət blok üçün 10%, üç və daha çox partiyadan ibarət koalisiya üçün 15% təşkil edir.

 

Qeyd edək ki, Macarıstan parlamenti 199 mandatdan ibarətdir. Bunun 93-ü proporsional, qalanı majoritar seçki sistemi ilə seçilir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var