Serbiyada bazar günü keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Aleksandar Vuçiç liderlik edir.
Modern.az xəbər verir ki, bu barədə "Ipsos" Araşdırma Mərkəzi və Azad Seçkilər və Demokratiya Mərkəzinin (CeSID) birgə məlumatında qeyd olunub.
Məlumata görə, Vuçik 59,8 faiz səslə birinci yerdədir.
Eyni gündə keçirilən parlament seçkilərində Vuçiçin partiyasının rəhbərlik etdiyi “Biz birlikdə hər şeyi edə bilərik” koalisiyası öndə gedir. Koalisiya 40%-dən artıq səs toplayıb.
Parlamentə düşmək üçün partiya və seçki blokları 3%-lik seçki baryerini aşmalıdırlar. İlkin nəticələrə görə, Vuçiçin koalisiyasından başqa daha 6 partiya və koalisiya parlamentə düşməyi bacarıb.
Rusiyanın fevralın 24-də Ukraynaya müdaxiləsi Balkan müharibələrinin və 1990-cı illərin sanksiyalarının təsirlərini aradan qaldırmağa çalışan Serbiyada seçki kampaniyasına böyük təsir göstərib.
Serbiya demək olar ki, tamamilə Rusiya qazından asılıdır. Serbiya Avropa İttifaqı və NATO ilə əlaqələr qurmağa çalışsa da, Rusiyadan silahlar alır. Moskva Serbiyadan ayrılan Kosovanın müstəqilliyini tanımır.
Serbiya Birləşmiş Millətlər Təşkilatının Rusiyanın Ukraynaya təcavüzünü pisləyən iki qətnaməsini dəstəkləsə də, Moskvaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edib.
Akif İsmayılov