Modern.az

Bolqarıstan F-16 qırıcılarını bu tarixdə alacaq

Bolqarıstan F-16 qırıcılarını bu tarixdə alacaq

4 Aprel 2022, 00:53

ABŞ-ın "Lockheed Martin" şirkəti səkkiz ədəd F-16 "Fighting Falcon" qırıcısını Bolqarıstana 2025-ci ildə təhvil verə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Draqomir Zakov yerli televiziyaya müsahibəsində bildirib.

 

"Biz ABŞ-dan ilk təyyarəni 2025-ci ilin əvvəlində, qalanını isə ilin sonuna qədər almalıyıq. Təchizat problemi COVID-19 səbəbindən yaranıb", - deyə o qeyd edib.

 

Bundan əvvəl prezident Rumen Radev Bolqarıstanın sifariş verdiyi F-16 qırıcılarının çatdırılmasının gecikməsi səbəbindən hava məkanının təhlükəsizliyi ilə bağlı risklər yarana biləcəyini söyləmişdi.

 

Hazırda Bolqarıstanın 7-10 ədəd MiQ-29 qırıcısı var, lakin onlardan bəzilərinin mühərriklərinin istismar müddəti bu ilin sonunda başa çatır. Təyyarələrin təmiri üçün təqribən 80 milyon avro nəzərdə tutulub, lakin Ukrayna böhranı və tətbiq edilən sanksiyalar səbəbindən qırıcıların təmirini Rusiya və ya Belarus ərazisində həyata keçirmək mümkün deyil.

 

Qeyd edək ki, 8 ədəd qırıcı 2019-cu ildə sifariş verilib. Bunun üçün ABŞ-a 1,2 milyard dollar ödənilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var