Modern.az

Vuçiç prezident seçkilərində qələbəsini elan etdi

Vuçiç prezident seçkilərində qələbəsini elan etdi

4 Aprel 2022, 07:25

Serbiyada keçirilən prezident seçkilərində Aleksandr Vuçiç birinci turda qələbə qazandığını elan edib.

 

Modern.az xəbər verir ki, Vuçiç seçkinin ilkin nəticələri barədə açıqlama verib və qalib gəldiyini bildirib.

 

“Mən səslərin 59,8 faizdən 60,1 faizə qədərini toplamışam. Serbiyada heç kimin edə bilmədiyini bacardım. Birinci turda iki dəfə qalib gələn yeganə prezident mənəm” - hazırki dövlət başçısı deyib.

 

Eyni zamanda parlament seçkilərinin nəticələrini şərh edən Vuçiç qeyd edib ki, Serbiya Tərəqqi Partiyası və koalisiya tərəfdaşı Voyvodina Macarları İttifaqı parlamentdə çoxluğa sahib olmaq üçün kifayət qədər səs toplayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var