Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir.
Modern.az xəbər verir ki, bu barədə Sumı vilayət Hərbi Administrasiyasının sədri Dmitri Jivitski bildirib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri bölgədən çıxarılır.
"Sumı vilayətindən şad xəbərimiz var. Dünəndən etibarən Rusiya qoşunları bölgəmizdən fəal şəkildə öz ərazilərinə getməyə başlayıblar”, - Jivitski açıqlamasında deyib.
O, bununla belə təhlükənin hələ sovuşmadığını diqqətə çatdırıb.