Türkiyənin müdafiə naziri Hulusi Akar və Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, danışıq zamanı Ukraynanın Mariupol şəhərindən əhalinin təxliyəsi və humanitar yardımın çatdırılması məsələləri müzakirə olunub.
Akar dərhal atəşkəsin elan edilməsi və mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin açıq saxlanmasının vacibliyini vurğulayıb. O, yeni zamanda bildirilib ki, Türkiyə Ukraynaya humanitar yardım baxımından üzərinə düşəni etməyə davam edəcək.