Rusiya qüvvələri Ukraynanın şərqindəki Donbas bölgəsinə hücumlarını yenidən təşkil etməyə davam edir.
Modern.az xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyatı məlumat yayıb.
Müdafiə Nazirliyinin bülletenində qeyd edilib ki, Rusiya qoşunları, o cümlədən Rusiya dövlətinə bağlı “Vaqner” özəl hərbi şirkətinin muzdluları bölgəyə köçürülür.