Modern.az

12 azərbaycanlı yenidən Ukraynaya QAYIDIB

12 azərbaycanlı yenidən Ukraynaya QAYIDIB

4 Aprel 2022, 09:57

Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarından 12 nəfər Moldovadan keçməklə yenidən Ukraynaya qayıdıb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.


Səfir qeyd edib ki, Ukraynaya qayıdanlar arasında Şəmkir rayonundan olan bir ailə də var. Digərləri Cəilabad, Sumqayıt, Ağcabədidəndirlər:
 

“Həmin şəxslər "qaynar xətt" vasitəsi ilə bizə müraciət ediblər. Səfirliyimiz tərəfindən sənədlər  hazırlanıb. Bildiriblər ki, onların yenidən Ukraynaya qayıtmasının səbəbi yaşadıqları ərazidə atəşkəsin olmasıdır. Soydaşlarımızın təhlükəsiz qayıdışı üçün Moldova və Ukrayna tərəfi ilə danışıqlar aparılıb”. 


Qüdsi Osmanov onu da deyib ki, hazırda Moldovada müvəqqəti olaraq kilsədə yerləşən daha 50 nəfər azərbaycanlı Ukraynaya geri qayıtmağa hazırlaşır.
 

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımızın təxliyəsi davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama