Modern.az

Qaçqınlar Cəmiyyəti Əkrən Əylisli ilə bağlı təkliflər irəli sürdü

Qaçqınlar Cəmiyyəti Əkrən Əylisli ilə bağlı təkliflər irəli sürdü

Təhsil

4 Fevral 2013, 08:27

Artıq bir neçə gündür ki, Xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanı geniş müzakirə obyektinə çevrilib və ictimaiyyətin ən müxtəlif təbəqələri buna münasibət bildirilər. Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyəti də məsələ ilə əlaqədar bəyanat verib.
Modern.az-a daxil olan bəyanatda bildirilib ki, bu əsər Azərbaycanın bütün mənəvi, ilk növbədə milli, dini və əxlaqi dəyərlərinə qarşı çevrilib.

Azərbaycan Qaçqınlar Cəmiyyəti Ə.Əylisli ilə bağlı aşağıdakı təkliflər irəli sürüb:

- Üzümüzü dövlət rəhbərlərinə tutaraq, bu adamın daşıdığı bütün titul və fəxri adlardan məhrum edilməsini xahiş edirik.

- Üzümüzü Təhsil Nazirliyinə, bütün təhsil işçilərinə tutaraq, bu adamın dərsliklərdəki bütün mətnlərinin çıxarılmasını tələb edirik. Biz övladlarımızın bir erməni yazıçısının fikirləri ilə tərbiyə olunmasını istəmirik!

- Üzümüzü bütün Azərbaycan oxucularına tutaraq, şəxsi kitabxanalarında Ək­rəm Əylislinin nə qədər kitabları varsa, hamısına od vurub yandırmalarını xahiş edirik.

- Nəhayət, üzümüzü bütün Azərbaycan xalqına tuturuq: Azərbaycanın çox istedadlı yazıçıları var, ortabab bir yazıçıdan imtina etməklə xalqımız heç nə itirməz. Əkrəmi “mənəvi dəyərlərinə” belə heyran olduğu öz doğma xalqına – ermənilərə hədiyyə edək! Belə ki, hamı bundan sonra onu “Ək­rəm Əylisli” yox, erməni mətbuatındakı kimi, “Aram Akulisski” adlandırsın!

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir