Modern.az

Ukraynanın mülki itkiləri açıqlandı

Ukraynanın mülki itkiləri açıqlandı

4 Aprel 2022, 11:05

Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukraynada 3455 mülki itki qeydə alıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

 

Ölənlərin 293-ü kişi, 201-i qadın, 22-si qız və 40-ı oğlan, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 59 uşaq və 802 böyük var.

 

Xəsarət alanların ümumi sayından isə - 241-i kişi, 187-si qadın, 41-i qız və 38-i oğlan, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 92-si uşaq və 1439-u böyükdür.

 

Qeyd olunur ki, mülki əhalinin əksəriyyətinin ölümü və ya xəsarət alması hallarının səbəbi ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulmasıdır. 

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var