Modern.az

Bakıda küləkdən 27 ağac sınıb

Bakıda küləkdən 27 ağac sınıb

Aktual

4 Aprel 2022, 14:03

Bu gün səhərdən başlayan güclü külək səbəbindən Bakıda 27 ağac sınıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə sınmış ağaclar kəsilərək ərazi təmizlənib.

Bildirilib ki, küləyin paytaxt ərazisində yaratdığı fəsadların aradan qaldırılması istiqamətində gecə və səhər saatlarında təxirəsalınmaz tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi