Modern.az xəbər verir ki, “The Sun” qəzetinə müsahibəsində qardaşı Rəhman Əli bildirib ki, Məhəmməd parkinson xəstəliyinin ağır formasından əziyyət çəkir. Qardaşı bu xəstəlik səbəbindən onun bədənin zəiflədiyini və yaxın həftələrdə ölə biləcəyini də vurğulayıb.
Amma qardaşı 71 yaşındakı əfsanənin vəziyyətinin belə pis olmasının səbəbinin parkinson xəstəliyi deyil, 26 illik arvadı Lonni olduğunu iddia edib.
“Lonni qardaşım Məhəmməd Əlini bizdən ayırdı. Əgər o nə baş verdiyini bilsə, çox əsəbləşərdi”, – deyə qeyd edib.