Almaniyanın keçmiş kansleri Angela Merkel 2008-ci ildə Ukraynanı NATO-ya qəbul etməmək qərarında dayanır.
Modern.az xəbər verir ki, bu barədə məlumatı "DPA" xəbər agentliyi Merkelə istinadən yayıb.
“Almaniyanın keçmiş kansleri Angela Merkel NATO-nun 2008-ci ildə Buxarestdə keçirilən sammiti ilə bağlı qərarlarının üstündədir”, - məlumatda deyilir.
Xəbər agentliyi qeyd edib ki, Ukraynanın 2008-ci ildəki tələbi Fransanın keçmiş prezidenti Sarkozi və Merkel tərəfindən bloklanıb.