Modern.az

Putin “dost olmayan ölkələr”ə viza məhdudiyyəti qoydu

Putin “dost olmayan ölkələr”ə viza məhdudiyyəti qoydu

4 Aprel 2022, 16:16

Rusiya prezidenti Vladimir Putin “dostluqdan kənar” hesab etdiyi ölkələrin vətəndaşları üçün viza məhdudiyyətinin tətbiqi haqqında fərman imzalayıb.

Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, dərhal qüvvəyə minən fərman Rusiyanın bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Norveç, Danimarka, Lixtenşteyn, İsveçrə və İslandiya ilə sadələşdirilmiş viza verilməsi rejimini dayandırır.

Yəqin ki, bu qərar rəsmi nümayəndə heyətlərinin üzvlərini, eləcə də jurnalistləri narahat edəcək.

Çünki diplomatik pasport sahiblərinin Rusiyaya vizasız daxil ola biləcəyi norma dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var