Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Cənub Şərqi Avropa və Qafqazda təhlükəsizlik və sabitlik mövzusuna həsr edilmiş Sessiyada çıxış edib və regional inkişaf və təhlükəsizliyə dair Azərbaycanın mövqeyini təqdim edib.
Ermənistanın təcavüzkar siyasəti ucbatından Cənubi Qafqazda qeyri müəyyənlik durumunun sürdüyünü sessiya iştirakçılarının diqqətinə çatdıraraq, regionda davamlı inkişaf və stabilliyin təmin olunması üçün Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulayıb. E. Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarından yerli azərbaycanlı əhalinin qovulması, etnik təmizləməyə məruz qalması və məhv edilməsi və eyni zamanda dünya ictimaiyyətini çaşdırmağa və onu aldatmağa yönəlmiş cəhdlərinin 21-ci əsrdə qəbuledilməz olduğunu bildirib.
Modern.az