Modern.az

Dubaydan Ukraynaya 30 ton tibbi ləvazimatlar göndərildi

Dubaydan Ukraynaya 30 ton tibbi ləvazimatlar göndərildi

4 Aprel 2022, 17:31

Birləşmiş Ərəb Əmirlikləri Ukraynaya 30 tondan çox tibbi və yardım ləvazimatları daşıyan təyyarə göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə WAM dövlət xəbər agentliyi tərəfindən məlumat yayılıb.

 

WAM bildirir ki, bu, ukraynalılara və Ukraynada məcburi köçkünlərə dəstək üçün beynəlxalq humanitar müraciətə cavab olaraq BƏƏ tərəfindən Ukraynaya göndərilən üçüncü təyyarədir.

 

Xatırladaq ki, BƏƏ, bir sıra digər ərəb ölkələri ilə birlikdə Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə pisləməyib, lakin BMT Baş Assambleyasının keçən ay Rusiya təcavüzünü pisləyən qətnaməsinin lehinə səs verib.

 

BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş keçən ay deyib ki, tərəf tutmaq yalnız daha çox zorakılığa səbəb olacaq. BƏƏ-nin prioriteti bütün tərəfləri diplomatik fəaliyyətə əl atmağa və siyasi həll yolu tapmaq üçün danışıqlara təşviq etməkdir,deyə o, bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var