Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili və qanunsuz varlanmaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər görüləcək.
Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla imzalanan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, Nazirlər Kabineti Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ilə birgə 2022-2026-cı illər ərzində maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsini təmin etməlidir.