Müharibə başlayandan bəri 4,2 milyondan çox insan Ukraynanı tərk etmək məcburiyyətində qalıb.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Təkcə bazar günü 39 minədək ukraynalı ölkəni tərk edib.
Ukraynanı tərk edənlərin 90%-i qadın və uşaqlardır. Avropa İkinci Dünya müharibəsindən sonra bu səviyyədə miqrasiyaya şahid olmayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.