Modern.az

ABŞ və Türkiyə arasında Ukrayna danışıqları

ABŞ və Türkiyə arasında Ukrayna danışıqları

4 Aprel 2022, 21:59

Türkiyənin xarici işlər nazirinin müavini səfir Sədat Önal Ankarada ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı tərəflər iki ölkənin ortaq maraqlarını əhatə edən mövzular, o cümlədən iqtisadi və müdafiə sahəsində əməkdaşlıq, terrorla mübarizə, regional və qlobal problemləri müzakirə edib.

 

“Türkiyə və ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına dair birgə öhdəliklərini bir daha bəyan ediblər. Birləşmiş Ştatlar Türkiyənin müharibənin ədalətli və diplomatik həllini asanlaşdırmaq səylərini alqışlayıb”, - deyə bəyanatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var