Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə edildikdən sonra prezident Vladimir Putinin Zelenski ilə görüşü mümkündür.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqsının konfransında bildirib.
"Görüş nəticə olduqdan sonra mümkündür, bunu prezident Putin də bildirib. Nəticəni möhkəmlətmək üçün belə bir zirvə görüşü təşkil edilə bilər”, – deyə Lavrov vurğulayıb.