Modern.az

Fransa 30 rus diplomatı ölkədən QOVUR

Fransa 30 rus diplomatı ölkədən QOVUR

4 Aprel 2022, 22:41

Fransa Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin çox sayda diplomatını ölkədən çıxarır.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti bəyan edib.

 

Yerli mətbuatda 30 rus diplomatın ölkədən çıxarılacağı barədə məlumat yayılıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Moskva buna layiqincə cavab verəcək.

 

Bundan əvvəl Almaniya Rusiyanın 40 diplomatı ilə bağlı eyni qərarı vermişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var