Modern.az

Rusiya qoşunlarını Kiyevdən Belarusa aparıb

Rusiya qoşunlarını Kiyevdən Belarusa aparıb

4 Aprel 2022, 23:33

Rusiya ordusu qüvvələrinin üçdə ikisini Kiyev ətrafından çıxarıb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək rütbəli rəsmisi bildirib.

Pentaqon rəsmisi bir qrup jurnalistə Rusiya-Ukrayna müharibəsi haqqında məlumat verib və bildirib ki, hazırkı mərhələdə Kiyev ətrafında yerləşdirilən Rusiya qüvvələrinin üçdə ikisi Belarusa çəkilib.

Adı açıqlanmayan rəsmi qeyd edib ki, qalan üçdə bir qüvvənin geri çəkilib-çəkilməyəcəyini bilmirlər.

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var