Modern.az

Nikolayev raket atəşinə tutuldu - Ölənlər var

Nikolayev raket atəşinə tutuldu - Ölənlər var

4 Aprel 2022, 23:48

Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayev şəhərinə raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç məlumat yayıb.

 

Onun sözlərinə görə, hava hücumu nəticəsində 10 nəfər həlak olub, 46 nəfər isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır, ölü sayının artacağı istisna edilmir.

 

Məlumatda, həmçinin Rusiya hərbçilərinin şəhərə kasset bombaları atdığı bildirilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var