Modern.az

Bakıda güclü külək 9 nəfəri xəstəxanalıq edib

Bakıda güclü külək 9 nəfəri xəstəxanalıq edib

5 Aprel 2022, 09:56

Ötən gün Bakıda müşahidə edilən güclü küləyin törətdiyi fəsad nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Rəsmi məlumata görə, yaralılar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar:

 

"Onlara TƏBİB-in tabeliyindəki tibb müəssisələrində zəruri ambulator tibbi yardım göstərilib. Artıq, xəsarət alanların hər biri evə buraxılıb. Qeyd edək ki, xəsarət alanlardan 8-i qadın, biri isə 16 yaşlı oğlan olub".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu