Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 05-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında isə fevralın 05-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: Fevralın 05-dən 07-dək Abşeron yarımadasında nisbətən mülayim qış havası müsbət amil olsada, atmosfer təzyiqinin xeyli tərəddüdü, gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Modern.az