Modern.az

Lavrov Buçada baş verənləri “təxribat” ADLANDIRDI

Lavrov Buçada baş verənləri “təxribat” ADLANDIRDI

Dünya

5 Aprel 2022, 13:55

"Ukraynanın Buça şəhərində baş verənlər təxribatdır, bu, Rusiya ordusunun qəsəbəni tərk etməsindən sonra baş verib".

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

"Rusiya tərəfi Kiyev vilayətinin Buça şəhərində baş verən hadisələrə ətraflı qiymət verib. Vurğulanıb ki, orada baş verənlər Rusiya Silahlı Qüvvələrinin ölkəni tərk etməsindən sonra törədilmiş cinayətlərdə Rusiyanı təqsirli kimi təqdim etmək məqsədi daşıyan açıq təxribatdır. İnternet istifadəçiləri “ölülərin” əllərini tərpətdiyinə diqqət yetiriblər və operatorun avtomobilinin arxa güzgüsündə avtomobil yoldan keçəndə “ölü”lərdən birinin necə ayağa qalxdığını görmək olur”, - deyə Lavrov Buçada qətliam törədilməsi barədə ittihamlara cavab verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal