Modern.az

AZAL İtaliyaya uçuşları bərpa edir

AZAL İtaliyaya uçuşları bərpa edir

Aktual

5 Aprel 2022, 14:18

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Milan-Bakı beynəlxalq marşrutu üzrə reyslər yerinə yetirməyə başlayacaq.

 

Bu barədə "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, Bakı-Milan marşrutu üzrə və əks istiqamətdə xüsusi reyslər mayın 21-dən etibarən çərşənbə və şənbə günləri həyata keçiriləcək.

 

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

 

Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

 

İtaliyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: //www.azal.az/az/information/covid-italy

 

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: //www.azal.az/az/information/covid-azerbaijan.

 

Xatırladaq ki, Azərbaycan və İtaliya arasında müntəzəm hava əlaqəsi pandemiya səbəbindən dayandırılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi