Modern.az

Aİ Komissiyasının sədri Kiyevə gedir

Aİ Komissiyasının sədri Kiyevə gedir

Dünya

5 Aprel 2022, 15:38

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen bu həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedəcək.

 

Modern.az xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Erik Mamer öz “Twitter” hesabında fon der Leyeni Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin müşayiət edəcəyini açıqlayıb.

 

Səfərin təfərrüatları hələlik açıqlanmayıb.

 

Xatırladaq ki, Avropa Parlamentinin sədri Roberta Metsola da ötən həftə Kiyevə gedib və rəsmi təmaslar edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal