Modern.az

MSK: “Prezident seçkilərinin keçirilməsi üzrə təqvim planı” hazırlanır

MSK: “Prezident seçkilərinin keçirilməsi üzrə təqvim planı” hazırlanır

Təhsil

4 Fevral 2013, 15:31

“Prezident seçkiləri ilə bağlı tədbirlər planı üzərində iş gedir və bu təsdiqlənəndən sonra bütün ictimaiyyət bu haqda məlumatlı olacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. O, qeyd edib ki, Seçki Məcəlləsinə əsasən, prezident seçkiləri ilə bağlı seçki kompaniyasına səsvermə gününə ən geci 60 gün qalmış start veriləcək.

“Bu 60 gündən tez bir zamanda da verilə bilər. Ümumiyyətlə, seçki ilə bağlı hazırlıq işləri gedir və “Prezident seçkilərinin hazırlanıb və keçirilməsi üzrə təqvim planı” hazırlanır. Hazırda bu layihə şəklindədir və üzərində iş gedir. Bundan əlavə, seçki ilə bağlı müxtəlif seçki subyektlərinin maarifləndirilməsi üçün maarifləndirmə proqramları da həyata keçiriləcək. Bu müxtəlif tədbirlər şəklində olacaq və ya televiziya, Kütləvi İnformasiya Vasitələrinin də köməyindən istifadə olunacaq. Bu işə beynəlxalq qurumlar da böyük ehtimalla cəlb oluna bilər”, – deyə Azər Sarıyev vurğulayıb.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir