Modern.az

Tofiq Yaqublu da həbs edildi

Tofiq Yaqublu da həbs edildi

Təhsil

4 Fevral 2013, 15:59

Müsavat funksioneri Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə həbs edilib. Bu barədə Modern.az-a Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, T.Yaqublu bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində beş saata yaxın dindirilib. T.Yaqublu prokurorluqda ifadə verdikdən sonra Nəsimi rayon Məhkəməsinə aparılıb.

“Tofiq Yaqublu İsmayıllı hadisələri ilə bağlı yenidən prokurorluğa çağrılaraq, dindirilib. Onun insanları kütləvi iğtişaşlara təhrik etmə maddəsi ilə ittiham edirlər. Halbuki, Tofiq Yaqublu İsmayıllıda cəmi 20 dəqiqə olub. Çox güman o, Nəsimi Məhkəməsinin qərarı ilə həbs olunacaq”.

***

Müsavat başqanının müavini Tofiq Yaqublu Nəsimi rayon Məhkəməsinin qərarı ilə İsmayıllı hadisələrinə görə iki ay müddətinə azadlıqdan məhrum edilib. 

Anar RÜSTƏMOV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir