Modern.az

Bakıda restoranda lift qırıldı - Xəsarət alanlar var

Bakıda restoranda lift qırıldı - Xəsarət alanlar var

5 Aprel 2022, 18:00

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

 

Bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

 

Bildirilib ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib:

 

"1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib".

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?