Modern.az

Rusiyada dollar 100 rubl olacaq

Rusiyada dollar 100 rubl olacaq

İqtisadiyyat

6 Aprel 2022, 08:50

Cari ilin sonuna kimi Rusiyada dollar 100 rubl səviyyəsində proqnozlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə “SberCIB Investment Research” analitika mərkəzi araşdırma aparıb.

 

Araşdırmaya əsasən, ilin sonunadək dolların məzənnəsi 100 rubl, ən yaxşı halda 85-90 rubl ola bilər.

 

Analitiklərin fikrincə, son ayda rublun möhkəmlənməsi xaricə 10 min dollardan artıq məbləğin köçürülməsinə, qeyri-rezidentlərin fond bazarında iştirakına qadağalar qoyulması və digər amillərlə bağlıdır. Bundan əlavə, xarici şirkətlərin məhdudiyyətlər tətbiq etməsi və logistikanın pozulmasına görə hazırda Rusiyadan ixrac xeyli dərəcədə aşağıdır.

 

Yaxın aylarda inflyasiyanın artacağı gözlənilir və bu da rublun xeyrinə olmayacaq. Əgər ixracatçılar logistik zənciri sürətlə bərpa edə bilsələr, inflyasiya daha sürətlə azalsa, orta illik məzənnə 85-90 rubl civarında qala bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi