Modern.az

DİN polisin bıçaqlanması barədə rəsmi məlumat yaydı

DİN polisin bıçaqlanması barədə rəsmi məlumat yaydı

Təhsil

4 Fevral 2013, 16:10

Suraxanı rayonu ərazisində bıçaqlanma baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 4-də saat 01.00 radələrində Suraxanı rayonu ərazisində, Gürcüstan vətəndaşları Rauf Ovçuyev, Ramal Ovçuyev, Şamil Əliyev, Rafayel Məmmədov arasında münaqişə baş verib. Bu zaman Rauf Ovçuyev hadisə yerinin yaxınlığından keçən Bakı şəhər sakinləri Tarıyel Sadiqova və onun oğlu Aslana, habelə onları intizama dəvət edən həmin ərazidə xidmət aparan Suraxanı Rayon Polis İdarəsinin əməkdaşı Şamil Qasımova bıçaqla xəsarət yetirib.

Rauf, Ramal, Şamil və Rafayel saxlanılıb, T.Sadiqov, Aslan və Ş.Qasımov isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir