Ukraynada 4 yaşlı Saşanın rus işğalçıları tərəfindən qətlə yetirilməsi təkcə bu ölkədə deyil, xaricdə də hər kəsi hiddətləndirib.
Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Rusiya qoşunları tərəfindən mühasirə və bombardman başlayanda Saşa Vışqorod vilayətində nənəsinin evində olub.
Martın ortalarında Vışqorod yaxınlığında gedən döyüşlər zamanı yoxa çıxan 4 yaşlı Saşa ölü tapılıb. Bu barədə onun anası Anna Yaxno "Instagram"da məlumat verib.
Bir neçə həftə ərzində ictimaiyyət Kiyev yaxınlığında Saşanı axtarırdı, hətta ukraynalı məşhurlar da bu axtarışa qoşulmuşdular.
"Bu gün Saşanın cəsədini tapdıq. Axtarışda kömək edən hər kəsə təşəkkür edirəm, dəstəyiniz üçün minnətdaram. Sizin sayənizdə oğluma qovuşdum. Saşa, balaca mələyimiz artıq cənnətdədir”, - deyə uşağın anası Anna Yaxno bildirib.