Modern.az

Bəzi ixtisasların xaricdə təhsil proqramına salınmamasının SƏBƏBİ

Bəzi ixtisasların xaricdə təhsil proqramına salınmamasının SƏBƏBİ

6 Aprel 2022, 10:10

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 15 prioritet ixtisas daxil edilib.

 

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov "Təhsil masası"nda deyib.

 

Nazirlik rəsmisi hüquq, jurnalistika, sənət, incəsənətə aid ixtisasların dövlət proqramına salınmamasının səbəbinə aydınlıq gətirib: 

 

"Hər bir Dövlət Proqramı ərsəyə gələn zaman ölkə iqtisadiyyatının tələbatına uyğun müvafiq qurumların qeydləri əsasında milli prioritet istiqamətləri hazırlanır. Hazırkı proqramda 15 prioritet ixtisas var. Dövlətin təqaüdü hesabına bu sahələr üzrə təhsil almaq mümkündür. Təəssüf ki, hər bir istəyi ortaya gətirən vahid çərçivə olmur. Bunu digər resurslar hesabına həyata keçirmək mümkündür. Bir sıra ixtisaslar üzrə başqa bir neçə hökumətlərarası təqaüd çərçivəsində təhsil almaq imkanı var. Məsələn, jurnalistika ixtisası üzrə doktorantura, həm də bakalavr və magistr səviyyəsi üzrə Türkiyə və Çində təhsil almaq imkanı yaradılır”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal