Modern.az

Hərbi Prokurorluq əsgərin döyülməsini ARAŞDIRIR

Hərbi Prokurorluq əsgərin döyülməsini ARAŞDIRIR

6 Aprel 2022, 10:28

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Respublika Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

 

F.Əliyev qeyd edib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda əsgərin döyülməsini əks etdirən görüntülər yayılıb. Videonun Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində çəkildiyi bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?