Modern.az

Rusiya və Ukraynanın müharibə itkiləri – YENİ RƏQƏMLƏR

Rusiya və Ukraynanın müharibə itkiləri – YENİ RƏQƏMLƏR

Dünya

6 Aprel 2022, 12:22

Ukrayna və Rusiyanın müharibədəki itkiləri açıqlanıb. Hər iki tərəf hərbi əməliyyatlar zamanı verilən itkilərlə bağlı gündəlik statistikanı təqdim edib.

 

Modern.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin bugünkü məlumatına görə, müharibə başlayandan indiyədək Rusiya təxminən 18 000-ə yaxın hərbçisini itirib.

 

“Rusiya ordusunun 684 tankı, 1861 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 107 reaktiv yaylım atəş sistemi, 55 havadan müdafiə sistemi, 150 hərbi təyyarəsi, 135 helikopteri, 1324 avtomobil texnikası, 7 gəmi/kateri, 76 yanacaq çəni, 96 dronu, 4 OTRK / TRK / mobil SRBM sistemi, 25 xüsusi avadanlığı sıradan çıxarılıb”, - rəsmi məlumatda deyilir.

 

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov isə bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı 125 təyyarə, 93 helikopter və 400-dən çox pilotsuz uçuş aparatını məhv edib:

 

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 125 təyyarə, 93 helikopter, 407 pilotsuz uçuş aparatı məhv edilib. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin 227 zenit-raket kompleksi, 1981 tank və digər zirehli döyüş maşını, 215 reaktiv yaylım atəşi sistemi, 854 səhra artilleriya və minaatan, o cümlədən 1882 ədəd xüsusi təyinatlı hərbi texnikası sıradan çıxarılıb”.

 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar 42 gündür davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var