Modern.az

Azərbaycanın 10 milyonuncu sakini 3 yaşında - FOTOLAR

Azərbaycanın 10 milyonuncu sakini 3 yaşında - FOTOLAR

Aktual

6 Aprel 2022, 12:36

Bu gün Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın doğum günüdür.

 

Modern.az xəbər verir ki, 2019-cu ilin aprelin 6-da saat 03.30 radələrində Bakıda dünyaya gələn qız uşağı Azərbaycanın 10 milyonuncu sakini kimi tarixə düşüb. Ailənin istəyi ilə körpəyə Mehriban adı qoyulub.

 

Mehriban Həsənovanın valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.

 

Ailənin Mehribandan sonra 2020-ci il mayın 12-də daha bir qız övladı dünyaya gəlib və ona Aylin adı verilib.

 

Modern.az kollektivi adından 10 milyonuncu sakinimiz Mehriban Həsənovanı təbrik edir, ona sağlam və uzun ömür arzulayırıq.

 

3 yaşlı Mehriban Həsənovanın doğum günündən fotoları təqdim edirik:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!