Modern.az

İki azyaşlı qidadan zəhərləndi, biri öldü

İki azyaşlı qidadan zəhərləndi, biri öldü

Aktual

6 Aprel 2022, 14:48

Qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.

 

Mərkəzin Mətbuat xidmətindən Modern.az-a verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.

 

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri - 2019-cu il təvəllüdlü X.F 13:08-də vəfat edib. Digəri 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır.

 

Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi