Modern.az

Deputat Əkrəm Əylisliyə görə Yazıçılar Birliyini tənqid etdi

Deputat Əkrəm Əylisliyə görə Yazıçılar Birliyini tənqid etdi

Təhsil

4 Fevral 2013, 23:10

Millət vəkili Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin Xalqa yazıçısı Əkrəm Əylisli ilə bağlı sərt bəyanatına münasibət bildirib. Modern.az-ın məlumatına görə, deputat bəyanatının utancverici olduğunu bildirib:

“Fikrimcə, Azərbaycan Yazıçılar Birliyinin Əkrəm Əylislinin romanı və şəxsiyyəti ilə bağlı verdiyi bəyanat üslubuna görə utancverici bir sənəd sayılmalıdır. Doğrudanmı, bir yaradıcı təşkilatın bu mövzuda ortaq fikir ifadə edən bəyənat qəbul etməsinə zərurət vardı? Hər bir yaradıcı adamın fərdi qaydada həm əsər, həm də Əkrəm Əylisli barədə fikirlərini bölüşməsi daha doğru olmazdımı? Mənim Anar müəllimə bir yazıçı kimi həmişə hörmətim olub, ancaq rəhbərlik etdiyi təşkilat adından atılan bu addımı çox qüsurlu hesab edirəm. Əkrəm Əylislinin məlum davranışı haqlı olaraq əksər Azərbaycan insanında məyusluq və sarsıntı yaradıb, ancaq bu bəyanat öz üslubuna görə Əkrəm Əylislinin məlum əsərindən çox da fərqlənmir. Bu həqiqətən də bir yaradıcı təşkilatın bəyanatı deyıl, siyasi xarakterli, bəzi məqamlarda şəxsi qisasçılıqla dolu ittihamnamədir. Burada təhqir olaraq anlaşılan bir neçə ifadənin yer alması da sənədin ciddiliyini sual altında qoyur. Məncə, ən doğrusu, bu Bəyanatdan imtina edilməsidir”,- deyə F.Mustafa facebook səhifəsində bildirib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir