Modern.az

ABŞ Ukraynaya kamikadze dronlar verdi

ABŞ Ukraynaya kamikadze dronlar verdi

Dünya

6 Aprel 2022, 23:11

ABŞ Ukraynaya 100 ədəd "Switchblade" kamikadze tipli pilotsuz uçuş aparatı təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi məlumat verib.

 

Onun sözlərinə görə, amerikalı ekspertlər ABŞ-da olan ukraynalı hərbçilərə dronlardan istifadə qaydaları ilə bağlı təlim keçib.

 

Qeyd edək ki, dronlar tankları və zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub. "Switchblade 600" modeli hədəfin üzərində 40 dəqiqə dayana, 180 km/saat sürətə çata bilir və tankı məhv etməyə qadirdir. 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək