Ukraynanın Mariupol şəhərində uşaq xəstəxanasının Rusiya ordusu tərəfindən bombalanması zamanı 50-yə yaxın insan diri-diri yanıb.
Modern.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası teleqram kanalında məlumat yayıb.
Şəhər meri Vadim Boyçenko bildirib ki, Mariupolda infrastrukturun 90%-dən çoxu yerlə-yeksan edilib.
Bundan əlavə, Rusiya hərbçilərinin hücumu nəticəsində şəhərdə 5 mindən çox insan həlak olub. Onlardan təxminən 210 nəfəri uşaqlardır.