Bir ailənin üzvü olan 3 tələbə təhsil tələbə krediti əldə edib.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun 2021-2022-ci tədris ilinin payız semestri üzrə hesabatında qeyd edilib.
Hesabata görə, təhsil tələbə krediti alan 3590 tələbənin 3 nəfəri bir ailənin üzvüdür.
Bundan əlavə, 96 ailənin ali təhsil alan iki üzvü təhsil tələbə kreditindən yararlanıb. 47 ailənin üzvü olan 94 tələbə sosial tələbə təhsil krediti, 50 ailənin 101 üzvü isə standart təhsil tələbə krediti əldə edib.