Modern.az

Təhsil kreditilə bağlı müraciətlərin statistikası

Təhsil kreditilə bağlı müraciətlərin statistikası

7 Aprel 2022, 11:36

Təhsil tələbə kreditləri üçün müraciət edənlər ən çox Bakı iqtisadi rayonunun tələbələridir. 


Modern.az xəbər verir ki, bununla bağlı Təhsil Tələbə Krediti Fondunun 2021-2022-ci ilin payız semestri üzrə hesabatını təqdim edərkən Fondun icraçı direktoru Araz Paşayev deyib.

 

O bildirib ki, ilk üçlüyə əsasən, Bakı iqtisadi rayonu üzrə 663, Naxçıvan iqtisadi rayonu üzrə 89, Abşeron-Xızı iqtisadi rayonu üzrə isə 31 tələbə təhsil krediti alıb:

 

"Sonrakı sıralamaya görə Mil-Muğan iqtisadi rayonu üzrə 195, Lənkəran-Astara iqtisadi rayonu üzrə 362, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 206, Mərkəzi Aran iqtisadi rayonu üzrə 177, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 144, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 180, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 165, Qarabağ iqtisadi rayonu üzrə 231, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 36, Qazax-Tovuz iqtisadi rayonu üzrə 193, Şirvan-Salyan iqtisadi rayonu üzrə 127 müraciət olub".

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...