Modern.az

Magistraturada oxuyan neçə nəfər kredit alıb?

Magistraturada oxuyan neçə nəfər kredit alıb?

7 Aprel 2022, 11:47

2021-2022-ci tədris ilinin payız semestrində 2485 bakalavr tələbəsinə təhsil tələbə krediti verilib. 

 

Modern.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun 2021-2022-ci ilin payız semestri üzrə hesabatını təqdim edərkən Fondun icraçı direktoru Araz Paşayev deyib. 

 

O bildirib ki, kredit əldə edən tələbələrin 363 nəfəri magistraturada təhsil alır: "Tam orta təhsil bazasından orta ixtisas təhsili üzrə 33, ümumi orta təhsil bazasından orta ixtisas təhsili üzrə 18 olub. Kurslar üzrə yanaşsaq, ən çox IV kurs tələbələri - 916 nəfər olmaqla təhsil tələbə krediti alıb. Kredit alanlar sırasında ən az isə VI kurs tələbələridir ki, bunlar isə 8 nəfərdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama