2021-2022-ci tədris ilinin yaz semestrində təhsil tələbə krediti əldə etmək üçün müraciət edənlərin sayı açıqlanıb.
Modern.az xəbər verir ki, bununla bağlı Təhsil Tələbə Krediti Fondunun 2021-2022-ci ilin payız semestri üzrə hesabatını təqdim edən Fondun icraçı direktoru Araz Paşayev açıqlama verib.
O bildirib ki, hazırkı rəqəmlərə əsasən 3000-ə yaxın tələbə kredit almaq üçün müraciət edib: "Həmin müraciətlərin təxmini 400-nə artıq müsbət rəy verilib".