Modern.az

Tələbələrin borcunu valideynləri ödəmir - RƏSMİ

Tələbələrin borcunu valideynləri ödəmir - RƏSMİ

7 Aprel 2022, 12:05

"Təhsil tələbə krediti alan tələbənin borcu valideynlərinə yönləndirilmir".  

 

Modern.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev deyib. 

 

Onun sözlərinə görə, tələbə ölüm halı və ya əmək qabiliyyətini itirməsi hallarından sığortalıdır: 

 

"Bu hallar baş verərsə, sığorta şirkəti krediti dövlətə qaytarır. Yəni valideynlər tələbənin kreditini ödəmir. Təhsil tələbə kreditinə görə, heç bir valideynin və ya üçüncü şəxsin hüquqi öhdəliyi yoxdur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama